Bank Of Baku

«NBC Bank» nizamnamə kapitalını artırır

«NBC Bank» nizamnamə kapitalını artırır
# 10 dekabr 2012 14:19 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «NBC Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 130,24 manat, sayı 149 984 ədəd, emissiyanın ümumi həcmi isə 19 533 916,16 manat təşkil edir. Səhmlər «NBC Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 110,23 manat olan 149 984 ədəd və 16 532 736,32 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 18,1% artaraq 19 533 916,16 manata çatacaq.

 

Qeyd edək ki, «NBC Bank» 1992-ci ildə «Ruzi Bank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişdirilib. Hazırda bankın nizamnamə kapitalı 16 532 736,32 manat təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR