Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Parabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 80 000 ədəd, emissiyanın ümumi həcmi isə 16 000 000 manat təşkil edir. Səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 1,4 dəfə artaraq 27,570 mln. manata çatacaq.
Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək.