Bank Of Baku

«Paşa Bank» nizamnamə kapitalını artırır

«Paşa Bank» nizamnamə kapitalını artırır
# 08 iyul 2013 14:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədli adlı AZ1010006620 qeydiyyat nömrəsi olan səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 22 800 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 228 mln. manat təşkil edir.

 

Emissiya bankın hər birinin nominal dəyəri 17 800 manat olan 10 000 ədəd (ümumi həcmi 178 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 28,1% artaraq 228 mln. manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR