Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 711,352 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,7% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1,7% artaraq 288,381 mln. manata çatıb. Bankın depozit portfeli son bir ildə 7,4% artaraq 432,264 mln. manat təşkil edib.
Son bir ildə bankın məcmu kapitalı 8,9% artaraq 163,495 mln. manata, o cümlədən nizamnamə kapitalı 14,7% artaraq 157,0 mln. manata çatıb.
Hazırda bankın ölkə üzrə 1 filialı, 16 bankomatı fəaliyyət göstərir. Bankın 212 işçisi var.