Bank Of Baku

«PAŞA Həyat Sığorta» şirkəti yeni veb-saytını təqdim edib

«PAŞA Həyat Sığorta» şirkəti yeni veb-saytını təqdim edib
# 08 yanvar 2013 12:37 (UTC +04:00)

 

Bakı – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» ASC rəsmi veb-saytını (www.pasha-life.az ) yenilənmiş dizaynda təqdim edib.

 

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq yeni dizaynda hazırlanmış sayt oxuculara üç dildə (Azərbaycan, rus, ingilis) təqdim edilib. Görülmüş işlər nəticəsində, saytın yeni versiyasına bir sıra əlavələr edilib ki, bura, o cümlədən sığorta haqqında qanunvericilik, sığorta sektoruna aid məlumatlar, sığorta terminlər lüğəti və digər məlumatlar daxildir. Saytda həmçinin hüquqi və fiziki şəxslər üçün şirkətin könüllü və icbari sığorta məhsulları haqqında məlumat, eyni zamanda hüquqi şəxslər üçün elektron xidmət bölməsi və digər məlumatlar yerləşdirilib.

 

Xatırladaq ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR