Bank Of Baku

«Pasha Bank»ın mənfəəti I rübdə 0,2% artıb

«Pasha Bank»ın mənfəəti I rübdə 0,2% artıb
# 19 aprel 2013 11:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Pasha Bank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 15,458 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 15,7% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 31,2% artaraq 8,448 mln. manata çatıb.

 

Nəticədə, ilk rüb ərzində bank 7,010 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.

 

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 12,605 mln. manat, qeyri-faiz gəlirləri 2,853 mln. manata bərabər olub. İllik müqayisədə faiz gəlirləri 9,6%, qeyri-faiz gəlirləri isə 50,2% artıb.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR