Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın rüblük mənfəəti 69% artıb

«Qafqaz İnkişaf Bankı»nın rüblük mənfəəti 69% artıb
# 19 aprel 2013 14:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 2,232 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 80,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 84,9% artaraq 1,651 mln. manata çatıb.

 

Nəticədə, ilk rüb ərzində bank 581 min manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 69,4% çoxdur.

 

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 2,145 mln. manat, qeyri-faiz gəlirləri 0,087 mln. manat, faiz xərcləri 0,924 mln. manat, qeyri-faiz xərcləri isə 0,727 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 2,1, qeyri-faiz zərəri isə 2,6 dəfə artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR