Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırıb

«Rabitəbank» nizamnamə kapitalını artırıb
# 11 yanvar 2013 09:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC nizamnamə kapitalını 5 mln. manat və ya 16,7% artıraraq 2013-cü ilin əvvəlinə 35 mln. manata, məcmu kapitalını isə 39 mln. manata çatdırıb.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə Səhmdarların Ümumi Yığıncağında Bankın nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib. Bu məqsədlə il ərzində mərhələli şəkildə əlavə səhm emissiyaları həyata keçirilib və bütün səhmlər Bakı Fond Birjası vasitəsi ilə açıq yolla yerləşdirilib.

 

Bu il ərzində «Rabitəbank» nizamnamə kapitalının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, «Rabitəbank» ASC artıq 20 ildir fəaliyyət göstərir. Hazırda Bank 18 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR