Bank Of Baku

«Silk Way» aviaşirkəti istiqraz emissiyasına hazırlaşır

«Silk Way» aviaşirkəti istiqraz emissiyasına hazırlaşır
# 26 dekabr 2012 14:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Silk Way» aviaşirkətinin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 min manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir. Emissiya qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

 

Qeyd edək ki, «Silk Way» MMC 2001-ci ilin oktyabr ayında Azərbaycan Mülki Aviasiyası tərəfindən yaradılıb. Aviaşirkət «İl-76» (hazırda 7 ədəd İl-76) və «AN-12» (hazırda 3 ədəd AN-12) yükdaşıyan təyyarələrlə bütün dünyada çarter proqramlarına xidmət göstərir. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin daşınmasında geniş imkanlara və təcrübəyə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR