Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Turanbank” ASC-nin aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,8%, ilin əvvəli ilə müqayisədə isə 11,3% artaraq 2013-cü ilin iyul ayının 1-nə 241,686 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 9,9%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,2% artaraq 177,298 mln. manat təşkil edib.
Bildirilir ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 4,4%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,4% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,5% artaraq 51,8 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı 40,1 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,1% çoxdur. Hesabat dövründə “Turanbank”ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 36,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,3% artaraq 43,549 mln. manat təşkil edib.
Qeyd edilir ki, 2013-cü ilin yanvar-iyun ayları üzrə “Turanbank”ın gəlirləri 13,126 mln. manat, xərcləri isə 10,469 mln. manat təşkil edib. Bankın 6 aylıq balans mənfəəti 2,657 mln. manata bərabər olub.