Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC kredit götürən 55-70 yaşda olan hər bir şəxs üçün komissiya haqqında 50% endirim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, götürülən kreditin hər 1 000 manatı üçün aylıq ödəniş cəmi 31 manatdan başlayır.
Bu kampaniya dekabrın 15-dək davam edəcək. Yaş həddi 65-dən yuxarı olan müştərilər üçün kreditin maksimal məbləği 1 000
Ümumiyyətlə, müştərilər bank filiallarından maksimal 7 500 manatadək və 48 ay müddətinədək kredit götürə bilərlər. Üstəlik hər bir müştəriyə minimum 300 manat balanslı üzvlük kartı hədiyyə edilir.
«Unibank»ın mövcud 33 filialı həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.