Bakı. Nicat Mustafayev – APA-Economics. «Unibank» ASC imtiyazlı adlı sənədsiz səhmlərinin əlavə emissiyasının yerləşdirilməsini başa çatdırıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 26-da başlanan proses çərçivəsində «Unibank» ümumi məbləği 5 000 040 manat təşkil edən, 1 838 250 ədəd sənədsiz adlı imtiyazlı səhmini Bakı Fond Birjasında yerləşdirib. Hər bir səhmin nominal dəyəri 2,72 manatdır. Yerləşdirmənin anderrayteri qismində «Unicapital» ASC çıxış edib.
Qeyd edək ki, emissiyanın yerləşdirilməsi nəticəsində «Unibank»ın nizamnamə kapitalı 8,8% artaraq 61,565 mln. manata çatdırılıb.
Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bundan öncə bankın nizamnamə kapitalı 56,565 mln. manat olub.