Bank Of Baku

«Unibank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Unibank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 22 aprel 2013 09:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 25-dən etibarən Bakı Fond Birjasında (BFB) «Unibank» ASC-nin əlavə emissiya edilmiş səhmlərinin yerləşdirilməsinə başlanacaq.


BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 1 102 950 ədəd, emissiyanın ümumi həcmi isə 3 000 024 manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «UniCapital» ASC çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 4,9% artaraq 64,565 mln. manata çatacaq.


Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 551,8 mln. manat, kredit portfeli 403,3 mln. manat, depozit portfeli 314,9 mln. manat, məcmu kapitalı 64,4 mln. manat, o cümlədən nizamnamə kapitalı 61,565 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR