Bank Of Baku

«Unibank»ın «Babək» filialı yeni ünvana köçüb

«Unibank»ın «Babək» filialı yeni ünvana köçüb
# 09 yanvar 2013 13:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nın 14 saylı (Babək) filialı yeni ünvana, əhalinin daha sıx məskunlaşdığı «Beşmərtəbə» adlanan əraziyə köçürülüb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, əvvəl yerləşdiyi ərazi müştərilərin gediş-gəlişi üçün səmərəli olmadığından, «Unibank» rəhbərliyi 14 saylı filialın Yasamal rayonu Füzuli küçəsi,15, qapı 4 ünvanına köçürülməsinə qərar verib.

 

Bankın yeni ünvana köçən xidmət məntəqəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirir. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün həmçinin  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

 

Hazırda «Mərkəz» filialı da daxil olmaqla, «Unibank» 29 filialla, ümumilikdə 100-ə yaxın xidmət məntəqəsi ilə müştərilərə xidmət göstərir. Bu il ərzində daha bir neçə filialın açılması nəzərdə tutulur.

 

Qeyd edək ki, «Unibank»ın filialları artıq həftənin 6 günü saat 19:00-dək işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Bankın Bülbül pr-ti,10 ünvanında, «Sahil» metro stansiyası yaxınlığında yerləşən eyni adlı filialı 24 saat fəaliyyətdədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR