Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC bölgələrdə daha bir filialı açılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Unibank»ın sayca 28-ci filialı olan bu filialı İsmayıllı rayonunda yerləşir və rayon əhalisinə bütün bank xidmətləri göstərəcək.
Filial İsmayıllı şəhəri, M.F.Axundov küçəsi,18A ünvanında (İcra Hakimiyyəti yaxınlığında) yerləşir. Filial bölgə əhalisinə sərfəli və keyfiyyətli bank xidməti imkanı yaratmaqla yanaşı, verilən kreditlər hesabına bölgədə biznes layihələrinin reallaşmasına da təkan verəcək. «Unibank» rayonlarda filial şəbəkəsini genişləndirməyi öz fəaliyyət prioritetlərindən hesab edir və yaxın vaxtlarda bir neçə bölgədə yeni filiallar açılacaq.
Qeyd edək ki, artıq «Unibank»ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir.