Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 58,310 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 21,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, bankın xərcləri 26,0% artaraq 49,415 mln. manata çatıb.
Bankın hesabatına əsasən, bu ilin üç rübü ərzində «Xalq Bank» 8,894 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 1,0% azdır.
Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 57,974 mln. manat, qeyri-faiz gəlirləri 0,336 mln. manat, faiz xərcləri 23,493 mln. manat, qeyri-faiz xərcləri isə 25,886 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 56,8% artaraq 34,481 mln. manat, qeyri-faiz zərəri 2 dəfə artaraq 25,550 mln. manat təşkil edib.