Bank Of Baku

«Zamin Bank» nizamnamə kapitalını artırır

«Zamin Bank» nizamnamə kapitalını artırır
# 29 dekabr 2012 13:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Zamin Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin əlavə emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 50 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

 

Birja mütəxəssislərinin fikrincə, «Zamin Bank» gələn ildən etibarən əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 31,1% artaraq 42 181 800 manata çatacaq.

 

Qeyd edək ki, «Zaminbank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 32 181 800 manat təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR