Bank Of Baku

"ABB-Moskva" Rusiyanın ən rentabelli 10 bankından biridir

"ABB-Moskva" Rusiyanın ən rentabelli 10 bankından biridir
# 20 noyabr 2017 09:20 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi "ABB-Moskva" qonşu ölkədə fəaliyyət göstərən ən rentabelli banların siyahısında TOP-10-a daxil olub.

 

"APA-Economics" xəbər verir ki, cari ilin III rübün sonuna bankın rentabelliyi 5,6% səviyyəsindədir. Belə ki, törəmə müəssisəsinin aktivlərinin həcmi 20,1 mlrd. rubl, mənfəətinin həcmi isə 1,42 mlrd. rubl təşkil edir.

 

Ötən ilin analoji dövründə rentabellik göstəricisi -6,6% idi.

 

Bu göstəriciyə görə, "ABB-Moskva" 8-ci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR