Bank Of Baku

ABŞ kağız 1 dollarlıqları ləğv edir

 ABŞ kağız 1 dollarlıqları ləğv edir
# 01 dekabr 2012 09:11 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, parlamentin auditorları bildirir ki, bu addım qarşıdakı 30 ildə büdcənin 4,4 milyard dollara qənaət etməsinə imkan verəcək.

 

Belə ki, əsginasları hər 4-5 ildən bir dəyişmək tələb olunduğu halda sikkələr azı 30 il dövriyyədə qala bilir. ABŞ-ın Sikkə Evi son 5 ildə 2,4 milyard dollar məbləğində 1 dollarlıq buraxıb. Amma bir il əvvəl onların istehsalı dayandırılıb. Hazırda bu pulların əksəriyyəti Maliyyə Nazirliyində saxlanılır.

 

Qeyd edək ki, ABŞ-da içki və yeməklərin aparatlar vasitəsilə satışı ilə məşğul olan şirkətlər 1 dollarlıqların kağızdan metala keçməsi ideyasını çoxdan dəstəkləyir. Onların fikrincə, kağız pullar bu aparatların tez sıradan çıxmasına səbəb olur.

 

Bununla belə, sadə vətəndaşlar kağız pulları daha rahat sayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR