Bank Of Baku

"AccessBank"da vaxtı keçmiş kreditlərin həcmi 3 dəfəyə qədər artıb

"AccessBank"da vaxtı keçmiş kreditlərin həcmi 3 dəfəyə qədər artıb
# 23 yanvar 2015 12:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “AccessBank”ın aktivlərinin həcmi 1 054,461 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,91% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,83% artaraq  821,470 mln. manat olub.

 

Ötən il bankın kredit portfelində istehlak kreditlərinin payı 86,851 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,81% çoxdur.

 

Bankda ipoteka kreditlərinin həcmi bir ildə 68,86% artaraq 29,442 mln. manata çatıb.

 

Bu ilin yanvar-dekabr aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 7,597 mln. manat olub ki, bu da mövcud kredit portfelinin cəmi 0,92%-ni təşkil edir.

 

2013-cü il ilə müqayisədə ötən il bankın depozit portfeli 31,72% artaraq 280,637 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 199,720 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 32,97% artım deməkdir.

 

Bir il ərzində bankın məcmu kapitalı 21,04% artaraq 146,031 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.

 

Bankın gəlirləri bu ilin yanvarın 1-nə 181,583 mln. manat olub ki, bu da ötən il ilə müqayisədə 31,18% çoxdur. Son 1 ildə bankın xərcləri isə 25,64% artaraq 130,377 mln. manat olub.

 

2014-cü ilin 12 ayı ərzində bankın əldə etdiyi mənfəət 40 mln. 436 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 43 filialı, 59 bankomatı, 440 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR