Bakı - APA-Economics. "AccessBank" müştərilərin rahatlığını təmin etmək üçün "mycard" brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verib.
"APA-Economics" xəbər verir ki, artıq "mycard"-ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər. "mycard"-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.
Eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verib. Kampaniya müddətində "mycard"-ı istifadə edən bütün müştərilər "AccessBank"-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdılaşdıra bilərlər.
Bankın bütün yeni və cari müştəriləri "mycard" kartını, məhdudiyyətsiz olaraq, bankın filiallarından əldə edə bilərlər. Daha ətraflı məlumatı "AccessBank"-ın rəsmi internet saytından, və ya 151 ümumi zəng mərkəzindən əldə etmək mümkündür.