Bank Of Baku

"AccessBank"ın depozit portfeli 40% artıb

"AccessBank"ın depozit portfeli 40% artıb
# 31 oktyabr 2017 06:08 (UTC +04:00)

2017-ci ilin III rübündə "AccessBank"ın aktivlərinin həcmi 852,001 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,17% azdır.

 

"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 19,21% azalaraq 497,672 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 39,98% artaraq 376,792 mln. manata bərabər olub. Öhdəliklərin həcmi isə 773,644 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 20,25% artım deməkdir.


Bir il ərzində bankın məcmu kapitalı 26,12% azalaraq 54,880 mln. manata endiyi halda, nizamnamə kapitalı 65% artaraq 140,250 mln. manat təşkil edib.

 

"AccessBank" cari ilin 9 ayı ərzində 48,298 mln. manat zərərlə başa vurub.

 

"Azərbaycan Mikromaliyyələşdirmə Bankı" QSC 29 oktyabr 2002-ci ildən fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən bank adını dəyişdirərək öz fəaliyyətini "AccessBank" adı altında davam etdirməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR