Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “AGBank”ın aktivlərinin həcmi 500,021 mln. manat təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 6,98% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,30% artaraq 374,939 mln. manat olub.
Ötən il istehlak kreditlərinin həcmi 138,737 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 2,64% azdır.
Bankın ipoteka kreditlərinin həcmi 2015-ci ilin yanvarın 1-nə 60,326 mln. manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 4,63% azdır və kreditlərin 47,710 mln. (79,09%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi son 1 ildə təxminən 64,53% artaraq 65,535 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 9,18 % artaraq 298,031 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 199,959 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 12,71% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 2,65% artaraq 51,398 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 25 mln. manat təşkil edib.
Bankın gəlirləri 2013-cü ilə nisbətən 16,63% artaraq 69,220 mln. manat, xərcləri isə 11,87% artaraq 59,328 mln. manata çatıb.
Ötən il bankın əldə etdiyi mənfəət 3,493 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 18 filialı, 71 bankomatı, 6557 POS-terminalı fəaliyyət göstərir.