Bakı - APA-Economics. "Akkord Tikinti-İnvestsiya Sənaye Korporasiyası" ASC yeni şirkət təsis edib.
"APA-Economics"in xəbərinə görə, yeni təsis edilən şirkət "Property İnvestments" MMC-dir.
Şirkət korporasiyanın Bakıda və Abşeron rayonunda inşa etdiyi mənzillərin istismara verilməsi ilə məşğul olacaq.
Korporasiya indiyədək 9 yaşayış kompleksi inşa edib ki, burada 10 min mənzil var. Şirkətin əsas vəzifəsi ərazilərin abadlaşdırılması, sakinlərə göstərilən kommunal xidmətlərin normal təminatının dəstəklənməsidir.
"Property İnvestments" MMC-nin nizamnamə kapitalı 70 mln. manatdır.