Bank Of Baku

"Amrahbank"ın mənfəəti 3 mln. manata çatıb

"Amrahbank"ın mənfəəti 3 mln. manata çatıb
# 31 oktyabr 2017 11:49 (UTC +04:00)

"Amrahbank" ASC-nin aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 10,82% azalaraq 2017-ci il oktyabrın 1-nə 235 mln. 81,710 min manat təşkil edib.
 

"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 21,53% azalaraq 97 mln. 441,445 min manat olub.
 

Bankın öhdəlikləri 8,94% azalaraq 187 mln. 145,261 min manata enib. "Amrahbank"ın depozit portfelinin həcmi 140 mln. 774,282 min manat təşkil edib ki, bu da 10,53%-lik artım deməkdir.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 16,08% azalaraq 47,515 mln. manat, nizamnamə kapitalı isə 17,45% azalaraq 47 mln. 936 min 448,37 manat təşkil edib.

Bankın gəlirləri 19,227 mln. manat, xərcləri isə 19,293 mln. manat təşkil edib.

 

Cari ilin 9 ayını bank 2 mln. 984,318 min manat mənfəətlə başa vurub.

 

"Amrahbank" Azərbaycan Mərkəzi Bankının 1993-cü il 28 dekabr tarixli lisenziyası ilə fəaliyyətə başlayıb.

Bankın 24 filial və şöbəsi var və bunlardan 15-i paytaxt Bakı şəhərində yerləşib.

2008-ci ildə bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən “Beynəlxalq İnvestisiya Bankı"na (BİB) 49% pay ilə satılması "Amrahbank"ın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Bu strateji əməkdaşlıq “Amrahbank”a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açıb. Hal-hazırda fiziki şəxslər 54,16%, BİB isə 45,84% səhm payına sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR