Bank Of Baku

"Amrahbank"ın depozit portfeli artıb

"Amrahbank"ın depozit portfeli artıb
# 18 iyul 2018 11:20 (UTC +04:00)

"Amrahbank" ASC-nin aktivlərinin həcmi 2018-ci ilin II rübündə 196,217 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,58% azdır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,52% azalaraq 90,577 mln. manat olub.


Hesabat dövrünün sonuna bankın depozit portfeli 10,83% artaraq 148,429 mln olub.

Bir il ərzində bankın məcmu kapitalı 45,18% azalaraq 28,016 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844 min 400,05 manat təşkil edib.

Qeyd edək ki, bank cari ilin II rübünü 8 mln. 81 min 861 manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR