Bank Of Baku

"Aqrarkredit" məcmu kapitalını kəskin azaldıb

"Aqrarkredit" məcmu kapitalını kəskin azaldıb
# 30 yanvar 2015 12:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Aqrarkredit" səhmdar kredit təşkilatı 2014-cü ildə aktivlərini 2,3% azaldaraq 30,3 mln. manata çatdırıb.

 

"APA-Economics"in məlumatına görə, 2014-cü ilin yanvar ayının 1-nə təşkilatın aktivləri 31 mln. manat olub.

 

Hesabat dövründə "Aqrarkredit"in kredit portfeli 35,9% artaraq 26,5 mln. manat təşkil edib.

 

Cari ilin əvvəlinə təşkilatın məcmu kapitalı 30,5% azalaraq 13,9 mln. manata çatıb. Bununla yanaşı, təşkilatın nizamnamə kapitalı 18,7 mln. manat səviyyəsində qalıb.

 

Ötən il ərzində “Aqrarkredit”in gəlirləri 5 mln. 508,6 min manat, vergi ödənilənədək mənfəəti 238,8 min manat təşkil edib.

 

“Aqrarkredit” ölkədə ən iri bank olmayan kredit təşkilatıdır və 2003-cü il dekabrın 30-da fəaliyyət üçün lisenziya alıb. Səhmdarları Maliyyə Nazirliyi (99%), “Azərsığorta” Dövlət Sığorta Şirkəti (0,5%) və “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir (0,5%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR