"AtaBank" ASC-nin aktivlərinin həcmi 2017-ci il oktyabrın 1-nə 621,975 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,73% çoxdur.
"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 33% artaraq 532,577 mln. manat olub.
Bankın depozit portfeli 16,34% artaraq 293,206 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 24,6% artaraq 259,861 mln. manata çatıb.
"AtaBank"ın məcmu kapitalı 2,05 dəfə artaraq 144 mln. 390,835 min manata çatdığı halda, nizamnamə kapitalı 2,4 dəfə artaraq 119 mln. 924,8 min manat təşkil edib.
Cari ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 672,57 min manat təşkil edib.