Bakı. Yeganə Laçınzadə – APA-Economics. 2015-ci il yanvarın 1-nə “Atrabank” ASC-nin aktivlərinin həcmi 99,593 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48,95% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,06% artaraq 45,540 mln. manat olub.
Ötən il bankın istehlak kreditlərinin həcmi 13,146 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 12,8% azalma deməkdir.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 9,52% artaraq 11,409 mln. manat olub və bu məbləğ kredit portfelinin 25,05%-ni təşkil edir .
Hesabat dövründə bankın depozit portfeli 30,7% azalaraq 19,585 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1,461 mln. manat təşkil edib ki, bu da 86,81% azalma deməkdir.
Bankın məcmu kapitalı 4,41 dəfə artaraq 50,798 mln. manata, nizamnamə kapitalı isə 4,38 dəfə artaraq 45 mln. 612,80 min manata çatıb.
2014-ci il ərzində bankın gəlirləri 21,08% azalaraq 5,990 mln. manat, xərcləri isə 16,08% azalaraq 6,313 mln. manat təşkil edib.
Ümumilikdə isə hesabat dövründə bank 323,24 min manat zərərlə işləyib.
Hazırda bankın ölkə üzrə 13 filialı, 12 bankomatı, 55 POS-terminalı fəaliyyət göstərir.