Bank Of Baku

"AXA Mbask" uşaq rəsm yarışmasının qaliblərinin müəyyənləşdirib - FOTOSESSİYA

"AXA Mbask" uşaq rəsm yarışmasının qaliblərinin müəyyənləşdirib - <span style="color: red;">FOTOSESSİYA
# 30 yanvar 2015 14:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "AXA Mbask" sığorta şirkəti "Sığortalı gələcək" adlı uşaq rəsm yarışmasının nəticələrini yekunlaşdırıb.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yarışma "Sığorta uşaqların gözü ilə" mövzusunda iki yaş qrupu üzrə - 6 yaşdan 8 yaşadək və 9 yaşdan 12 yaşadək uşaqlar arasında aparılıb.

 

Yarışmada istənilən bədii texnika və uşaqlar üçün əlverişli olan istənilən materiallarla: akvarel, quaş, təbaşir, flomaster, karandaş, pastel və s. ilə işlənmiş uşaq rəsmləri iştirak edib. Ən yaxşı işlərin seçilməsi üçün əsas meyarlar: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi olub. Lakin əsas diqqət yalnız ustalığa və icra texnikasına deyil, həm də rəsmin çəkilməsi zamanı gənc rəssamların sərbəstliyinə yetirilib.

 

Beləliklə kiçik yaş qrupunda qaliblər aşağıdakılar olub:

 

•        3-cü yer (100 manat) – Hacıyeva Nuray (7 yaş)

•        2-ci yer  (200 manat)  – Əliyeva Leyla (8 yaş)

•        1-ci yer  (300 manat)  – Ryabçikova Aelita (7 yaş)

 

Yuxarı yaş qrupunda qaliblər aşağıdakılar olub:

 

•        3-cü yer (100 manat) – Əliyev Murad (9 yaş)

•        2-ci yer  (200 manat) – İsayeva Aydan (9 yaş)

•        1-ci yer  (300 manat) – Nəcəfzadə Zeynəb (10 yaş)

 

Münsiflər heyətinin qərarı ilə Həsənova Nazilənin (10 yaş) “Gələcək sığortaçının siması” adlı işi xüsusi mükafata (150 manat) layiq görülüb Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında www.axambask.az , eləcə də “AXA Mbask” sığorta şirkətinin baş ofisində yerləşdiriləcək.

 

Şirkət gələcəkdə də uşaqların və valideynlərin iştirakı ilə müxtəlif tədbirlərin təşkil edilməsini və keçirilməsini planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR