Bank Of Baku

"Azər-Türk Bank" rübü mənfəətlə başa vurub

"Azər-Türk Bank" rübü mənfəətlə başa vurub
# 31 oktyabr 2017 06:40 (UTC +04:00)

"Azər-Türk Bank" ASC-nin aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 37,12% azalaraq 2017-ci il oktyabrın 1-nə 295,206 mln. manat təşkil edib.
 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,63% azalaraq 115,490 mln. manat olub.


Öhdəliklərin həcmi isə hesabat dövrünün sonuna 241,767 mln. manat təşkil edib.

 

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 10,08% azalaraq 52,291 mln. manat olub, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

 

Bankın gəlirləri 19,227 mln. manat, xərcləri isə 19,293 mln. manat təşkil edib.

 

Cari ilin 9 ayını bank 127,930 min manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR