Bank Of Baku

"Azər Türk Bank" müştərilərini bayram endirimlərindən yararlanmağa dəvət edir

"Azər Türk Bank" müştərilərini bayram endirimlərindən yararlanmağa dəvət edir
# 16 mart 2016 07:46 (UTC +04:00)

Bakı - APA-Economics. Vaxtaşırı olaraq müştərilərini yeni kampaniya və xidmətləri ilə sevindirən "Azər Türk Bank" 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramında da ənənəsinə sadiq qalaraq "Bayram endirimləri" kampaniyasını müştərilərə təqdim edib.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankın 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı reallaşdırdığı kampaniyanın müddəti martın 11-də başa çatıb. "Azər Türk Bank"ın ödəniş kartına sahib olmaq istəyən xanımlara xidmət haqqının 50%-i dəyərində güzəşt olunub. Ödəniş kartı əldə etmək istəyən evli cütlüklər isə xidmət haqqına edilən 50% endirimlə yanaşı ikinci ödəniş kartını pulsuz əldə etmək fürsətindən yararlanıblar. Həmçinin 7 mart tarixində "Azər Türk Bank"a yaxınlaşaraq əməliyyat edən bütün xanım müştərilərə kiçik hədiyyələr təqdim olunub.

 

"Azər Türk Bank"ın Novruz bayramı münasibətilə ödəniş kartları üzrə elan etdiyi endirim kampaniyası isə davam etməkdədir. Kampaniya müddətində ödəniş kartı əldə etmək üçün banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim edilir. Həmçinin, "Azər Türk Bank"ın əməkhaqqı kart sahiblərinə təklif olunan “Korporativ” kredit məhsulu nağdlaşdırılan zaman birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunmayacaq.

 

Kampaniya 01.04.2016-cı il tarixinə qədər davam edəcək. "Azər Türk Bank"ın “Bayram endirimləri” kampaniyasından yaralanmaq istəyən şəxslər şəxsiyyəti təsdiq edən sənədlə bankın istənilən filial və şöbəsinə yaxınlaşa və ya ödəniş kartlarını onlayn sifariş edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR