Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «Microsoft Enterprise Agreement» proqramı çərçivəsində «Microsoft» şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə müqavilə bağlayıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, müqavilənin şərlərinə əsasən, ABB bütün kompyuterlərini «Microsoft» platformasına keçirmək hüququ qazanır.
Bankın İdarə Heyətinin sədr müavini Qubad Hüseynov bəyan edib ki, həmin müqavilə üzrə iş bir neçə il ərzində aparılıb və layihənin uğurlu başa çatdırmasında Bank rəhbərliyinin innovasiya texnologiyalarının tətbiqinə verilən əhəmiyyət öz rolunu oynayıb.
Qeyd edək ki, sazişin üstünlüklərindən biri də xidmət qiymətinin azalmasındadır. Həmçinin, sazişin qüvvədə olduğu müddət ərzində sazişə daxil edilmiş bütün kompyuterlərdə lisenziyalı məhsullardan istifadə, həm də yeni kompyuterləri əlavə etmək olar.