Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin limitləşdirilməsi təklif olunur

 Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin limitləşdirilməsi təklif olunur
# 13 noyabr 2013 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər ildən-ilə azalır. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2014-cü ilin büdcə zərfi ilə bağlı bu gün aparılan müzakirələr zamanı millət vəkili İqbal Ağazadə bildirib: «Güman edirəm ki, növbəti illərdə bu transfertlərin limiti müəyyən ediləcək və bu rəqəm 20%-ə qədər azalacaq».


Onun sözlərinə görə, hazırda dövlət müəssisələrində çalışanların maaşı olduqca azdır: «Bu gün iqtisadiyyatın dövlət sektorunda 900 min nəfər, qeyri-dövlət sektorunda isə 540 min nəfər çalışır. Qeyri-dövlət sektorunda əmək haqqı bir az artıqdır. Bu da düzgün yanaşma deyil və gələcəkdə ciddi problemlərə gətirib çıxaracaq».


İ.Ağazadə həmçinin qeyd edib ki, bu gün cəmiyyət kommunal xərclərin artacağından narahatdır: «Düşünürəm ki, hökumət xalqa kommunal xərclərin dəyərini açıqlamalıdır və xalq bilməlidir ki, bu xidmətlər onlara neçəyə başa gəlir. Ölkədə gündəlik tələbat məhsulları 70%, ərzaq məhsulları isə 10% bahalaşır. Amma maaşlar nə qədər qalxır?».


Bununla yanaşı, İ.Ağazadə Azərbaycan-İran sərhədində yaranmış problemə də toxunub və hökuməti bu problemi həll etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR