Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycan Kredit Bankı" Mərkəzi Bankın məcmu kapitala olan minimal tələbini hələ də yerinə yetirməyib.
Bankın nümayəndəsinin "APA-Economics"ə verdiyi məlumata görə, maliyyə təşkilatının Bakı Fond Birjasında 38,752 mln. manat həcmində səhm emissiyası qeydə alınıb. Emissiya nominal dəyəri 224 manat olan 173 min səhmə bölünüb. Emissiyanın anderrayteri "Texnika Kapital Menecment" MMC-dir.
Maraqlıdır ki, səhm emissiyası yanvarın 19-da qeydiyyata alınıb. Halbuki, Mərkəzi Bankın tələbinə əsasən, yerli banklar cari ilin yanvarın 1-ə qədər məcmu kapitallarını minimal olaraq 50 mln. manata çatdırmalı idi.
"Hələlik səhm emissiyası başa çatmayıb. Yəqin ki, emissiya gələn həftə başa çatar", - deyə bankdan bildirilib.
Qeyd edək ki, Mərkəzi Bank onun qoyduğu tələbin pozulması ilə bağlı sorğu xarakterli sualları cavablandırmır.