Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Dünya Sosial Təminat Forumunda iştirak edəcək

 Azərbaycan nümayəndə heyəti Dünya Sosial Təminat Forumunda iştirak edəcək
# 08 noyabr 2013 12:36 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti noyabrın 10-15-də keçiriləcək Dünya Sosial Təminat Forumunda iştirak edəcək. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Qətər Dövlətinin Pensiya və Sosial Sığorta Baş Orqanının birgə təşkilatçılığı ilə Doha şəhərində keçiriləcək forumda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulub.

 

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, forumda Sosial təminatın idarə edilməsi standartlarının gücləndirilməsi Mərkəzinin açılışı, eyni zamanda Dünya Sosial Təminat Sammitinin keçirilməsi, sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi və digər mövzular müzakirə ediləcək.

 

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin BSTA-nın 31-ci Baş Assambleyası, Büro və Şurasının iclaslarına qatılacaq. Miqyasına və mahiyyətinə görə Baş Assambleya BSTA-nın ən mötəbər tədbiri hesab olunur. Belə ki, BSTA-nın Konstitusiyasına əsasən, Assosiasiyanın Baş Assambleyası üç ildən bir baş tutur. Baş Assambleyanın toplantısında BSTA-nın prezidenti, baş katibi, xəzinədarı, Nəzarət Komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR