Bank Of Baku

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 360 mln. dolları ötüb

 Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 360 mln. dolları ötüb
# 21 may 2018 09:53 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 363 mln. 303,6 min dollar olub.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,6% təşkil edib.

 

Cari ilin ilk dörd ayında Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü böyük ticarət tərəfdaşı olub.

 

Hesabat dövründə Azərbaycan Gürcüstandan 120 mln. 361.4 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 242 mln. 942,3 min dollar dəyərində məhsul ixrac olunub.

 

Yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 3 mlrd. 783,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 22,1% çoxdur.

Qonşu ölkənin ixracı 22% artaraq 961,4 mln. dollar, idxalı isə 22,2% artaraq  2 mlrd. 821,8 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR