Bank Of Baku

"Azəriqaz": Təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1,8 milyonu ötüb

"Azəriqaz": Təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1,8 milyonu ötüb
# 19 yanvar 2016 13:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 2015-ci ildə 12 225 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 519 kilometr qaz kəməri əsaslı təmir edilib.

 

Aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il 430 yaşayış məntəqəsi qazlaşdırılıb. 2016-cı il yanvarın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 mln. 811 min 309-a çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR