Bank Of Baku

"Azərlotereya" ötən il bilet satışından 10 mln. manata yaxın gəlir əldə edib

"Azərlotereya" ötən il bilet satışından 10 mln. manata yaxın gəlir əldə edib
# 02 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunları üzrə 26 913 153 ədəd lotereya bileti satılıb.

 

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, lotereya biletlərinin satışından 27 684 254 manat vəsait əldə olunub. Bu vəsaitin 17 997 972 manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65%-ni təşkil edib.

 

Belə məlum olur ki, uduş fonduna yönəldilən vəsaiti çıxsaq, "Azərlotereya" bilet satışından 9 686 282 manat əldə edib.

 

Ötən il "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunlarında 156 avtomobil və 21 "Cek Pot" ("Cek Pot"ların ümumi məbləği 1 562 630 manat) udulub. Bu "Cek Pot"lardan ən iri məbləğlər "5/36" lotereyasının 1253-cü tirajında - 205 370 manat, "6/40" lotereyasının 825-ci tirajında - 159 305 manat və "Super Loto"nun 118-ci tirajında - 196 000 manat qazanılıb.

 

Şəffaflığın təmin olunması məqsədilə tirajlar televiziyada nümayiş olunub, qaliblər haqqında ətraflı məlumat KİV vasitəsilə ictimaiyyətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR