"Bank of Baku"nun filial direktoru: "Kredit şərtlərimiz müştərilər üçün indi daha münasibdir" - MÜSAHİBƏ

"Bank of Baku"nun filial direktoru: "Kredit şərtlərimiz müştərilər üçün indi daha münasibdir" - <span style="color: red;">MÜSAHİBƏ
# 04 iyul 2016 09:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bank of Baku" ASC-nin Bakıxanov filialının direktoru Zakir Həsənovun "APA-Economics"ə müsahibəsi:

- Bildiyimiz kimi, “Bank of Baku” son günlərdə aktiv kreditləşməni bərpa edib. Dəyişikliklərin mahiyyəti nədən ibarətdir və bunun üçün zərurət nə olub?

- İlk növbədə dəyərli oxucularımızı salamlayır, yeniliklərin müştərilərimizə çatdırılmasında sərgilədiyi dəstəyə görə APA xəbər agentliyinə təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi, fəaliyyətini mövcud iqtisadi proseslərin ahənginə uyğunlaşdıran “Bank of Baku” ASC təklif etdiyi məhsulların şərtlərinin müştəriləri üçün daim əlçatan olmasına çalışıb və bu istiqamətdə səylərini gələcəkdə də davam etdirmək niyyətindədir.

Son günlərdə nağd pul kreditlərinin və “Bolkart”ın əldə edilməsi şərtlərində xeyli yüngülləşdirmə etmişik. Müştəri kateqoriyasından asılı olaraq əmək haqqına, minimal iş stajına tələblər yumşaldılıb və kreditin maksimal müddəti artırılıb. Belə ki, indi 300 manatdan artıq əmək haqqı və 6 aydan artıq stajı olan müştərilər müddəti 24 ayadək olan manat kreditləri əldə edə bilərlər. Nağd kreditlər üzrə illik faiz dərəcəsi müştərinin bankımızdakı kredit tarixçəsindən və rəsmiləşən kreditin müddətindən asılı olaraq 24,40%-dən başlayır. Müştərilərinə daha yaxın bankçılıq prinsipi ilə fəaliyyət göstərən “Bank of Baku” bütün bu dəyişiklikləri məhz onların istək və tələblərinə uyğun olaraq həyata keçirib ki, bu da onların daha rahat şəkildə xidmətlərimizdən faydalanmasına imkan yaradacaq. Qeyd edim ki, şərtlərin yüngülləşdirilməsi nağd pul kreditləri ilə yanaşı eyni zamanda “Bolkart” taksit kartlarında da öz əksini tapıb. Eyni zamanda qeyd edim ki, hal-hazırda cari və potensial “Bolkart” müştərilərimiz üçün yay mövsümünə özəl olaraq silsilə kampaniyalar keçirilməkdədir. Onlar haqqında daha ətraflı məlumatla bankımızın sosial şəbəkələrindən və rəsmi internet ünvanından tanış ola bilərsiniz.

- Kredit şərtlərində dəyişikliyin bank və müştəri üçün əhəmiyyəti nədir?

- “Bank of Baku”nun İstehlak və Biznes kreditləri üzrə təyin etdiyi mövcud şərtlər müştərilər üçün indi daha münasibdir və inanıram ki, bank seçimində qərarsız olan müştəri seqmenti də məhz “Bank of Baku” ASC-nin timsalında özləri üçün daha sərfəli və daha rahat bankı seçməkdə maraqlı tərəfdir.

Şərtlərdəki mövcud dəyişikliklər Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”nə uyğun şəkildə edilib ki, bu prinsiplərin əsas məqsədi də istehlakçıların həddən artıq borclanmasının qarşısının alınması, məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsidir.

- Manatla kreditin maksimum məbləği barədə nə deyə bilərsiniz?

- Hal-hazırda, bankımızda aparılan bütün kreditləşmə əməliyyatları manat valyutasında həyata keçirilir. İstehlak kreditləri və “Bolkart” üzrə müştərinin ala biləcəyi maksimal məbləğ 5000 manat, biznes kreditləri üzrə isə 5 milyon manatadəkdir.

- Müştərilər tərəfindən krediti ödəməkdə çətinlik varmı? Ödənişlərində çətinlik yaşayan müştərilər üçün hansı tədbirlər görülür ?

Kredit riski bankların üzləşə biləcəyi əsas risklərdəndir və heç bir bank bu risklərdən tam sığortalanmayıb. Baş vermiş devalvasiyalardan sonra ödəmələrində çətinlik çəkən müştərilərimizə dəstək məqsədilə bir sıra güzəşt paketi işlənib hazırlandı. Hər bir müştərinin ehtiyacına fərdi yanaşaraq bu güzəştlərin əsasında onlarla daha sıx və kompromisə yönəlik işlər aparılmaqdadır.

- “Bank of Baku”nun filiallarında bu yaxınlarda daha hansı yeni məhsul və xidmətlər görəcəyik ?

22 ildən artıqdır ki, “Sizə Yaxın Bankçılıq” devizi ilə fəaliyyət göstərən “Bank of Baku” ASC gələcəkdə də müxtəlif səpkili yeni layihələri ilə müştərilərini sevindirəcək. Xüsusilə, korporativ bankçılığın inkişafı ilə bağlı yeni məhsullar hazırlanır. “Bolkart” taksit kartımızla bağlı bir çox kampaniya və yeniliklər gözlənilir. Əmanət müştərilərimizi heç vaxt unutmayaraq onlara bir neçə maraqlı kampaniyalar təqdim etməyi nəzərdə tutmuşuq. Bundan əlavə il ərzində internet və mobil bankinqlə bağlı müştərilərimizə yeni xidmətlər təqdim edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR