Bank Of Baku

"Bank of Baku"nun kredit portfeli azalıb

"Bank of Baku"nun kredit portfeli azalıb
# 26 yanvar 2017 08:08 (UTC +04:00)

"Bank of Baku" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 549,609 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,2% azdır.


"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 48% azalaraq 252,322 mln. manat olub.

Hesabat dövründə depozit portfeli 34% azalaraq 284,042 mln. manat, öhdəliklərin həcmi isə 26,1% azalaraq 476,742 mln. manat olub.

 

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR