Yeni bank məhsulu şopinq həvəskarları üçün əsl hədiyyə olacaq.
Yeni bank məhsulu “Sərbəst alış-veriş - seçim Sizindir” şüarını daşıyır.
Beləliklə, "Bank Respublika"nın yeni kredit kartı partnyor şəbəkəsində və ümumiyyətlə POS-terminal quraşdırılmış bütün satış məntəqələrində alış-veriş edib ödənişi 3, 6 və ya 12 ay ərzində bərabər hissələrə bölmək imkanı verir. Bununla yanaşı, bu kart vasitəsilə partnyor şəbəkəsində ödənişlər tamamilə faizsiz aparıla bilər.
"MasterCard" bazasında yaradılan yeni kredit kartı vasitəsilə dünyanın 200-dən artıq ölkəsində istədiyiniz bir şeyi almaq və yaxud xidmətdən istifadə edərək ödənişi hissə-hissə ödəmək mümkündür.
Həmçinin, bankomat vasitəsilə istər Azərbaycanda, istər xaricdə kartdan vəsaitin daimi nağdlaşdırılması imkanının təqdim edilməsi nəzərdə tutulub.
Yeni kartın digər bir üstünlüyü populyar olan "Card to Card" xidməti ilə aparılan ödənişlərin də bərabər hissələrlə ödəmək imkanın mövcudluğudur.
Kartın imkanları haqqında daha ətraflı məlumat yaxın zamanda, kart istifadəyə verildikdən sonra təqdim ediləcək.