"Bank Silk Way" ASC 2018-ci ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, 2017-ci illə müqayisədə bu ilin ilk 6 ayında bankın aktivləri 45,66% artaraq 599,178 mln. manat olub.
Hesabat dövründə bankın kredit portfeli 42,37% artaraq 534,823 mln. manat təşkil edib. Bankın depozit portfeli 2,6 dəfə artaraq 447,580 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 2,74 dəfə artaraq 392,475 mln. manatdır.
Bankın nizamnamə kapitalı 3,01% artaraq 104 mln. 601 min manat, məcmu kapitalı 10,64% artaraq 124 mln. 813 min manat olub.
Hesabat dövründə bankın gəlirləri 26,720 mln. manat, xərcləri isə 22,077 mln. manat olub.
"Bank Silk Way" II rübü 12,256 mln. manatlıq xalis mənfəətlə başa vurub.