Bank Of Baku

"Bank Silk Way" öhdəliklərini 10% artırıb

"Bank Silk Way" öhdəliklərini 10% artırıb
# 30 yanvar 2017 07:13 (UTC +04:00)

"Bank Silk Way" ASC-nin 2017-ci il yanvarın 1-ə aktivlərinin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,73% artıraraq 403 mln. 992,87 min manata çatdırıb.  

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, 2016-cı ilin IV rübündə bankın kredit portfeli 11,9% artaraq 388 mln. 332,684 min manat olub.

 

Hesabat dövründə bankın depozit portfeli 21,12% artaraq 170 mln. 44,93 min manat olub. Bankda yerləşdirilən əhalinin əmanətləri 156,019 mln. manata çatıb ki, bu da ötən illə müqayisədə 20,66% artım deməkdir.

 

İl ərzində bankın öhdəlikləri 10,13% artaraq 287 mln. 231,16 min manat təşkil edib.

 

Bankın nizamnamə kapitalı son bir ildə dəyişməyərək 101 mln. 544,89 min manat, məcmu kapitalı isə 6% artaraq 113 mln. 455,49 min manat olub.

 

2016-cı ildə bankın gəlirləri 25,45% artaraq 42 mln. 969 min manat, xərcləri isə 0,2% artaraq 26 mln. 203 min manat təşkil edib.

 

"Bank Silk Way" ötən ili 1 mln. 558 min 690,87 manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR