Bank Of Baku

"Bank Standard" aktivlərini 1,2 mlrd. manata çatdırıb

"Bank Standard" aktivlərini 1,2 mlrd. manata çatdırıb
# 04 fevral 2015 12:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə "Bank Standard"ın aktivlərinin həcmi 1 mlrd. 126,917 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,41% çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,23% artaraq 810,392 mln. manat olub.

 

Ötən il istehlak kreditlərinin həcmi 158,827 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 0,31% azalma deməkdir.

 

"Bank Standard"da bir il ərzində ipoteka kreditlərinin həcmi 7,28% artaraq 49,936 mln. manat olub. Kreditlərin 40,491 mln. manatı (81,09%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Hesabat dövründə bankın depozit portfeli 12,84% artaraq 721,625 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 578,911 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,96% artım deməkdir.

 

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.

 

Bankın gəlirləri 7,16% artaraq 102,124 mln. manat, xərcləri isə 8,16% artaraq 101,604 mln. manata çatıb.

 

Hazırda bankın ölkə üzrə 13 filialı, 149 bankomatı, 1370 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR