Bank Of Baku

"Bank Technique" aktivlərini 15%-dən çox artırıb

"Bank Technique" aktivlərini 15%-dən çox artırıb
# 30 yanvar 2015 07:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Technique"in aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 608,726 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,70% çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,5% artaraq 434,727 mln. manat olub.

 

2014-cü ildə bankda istehlak kreditlərinin həcmi 58,84% artaraq 132,864 mln. manata çatıb.

 

Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 93,990 mln. manat olub ki, bu da illik müqayisədə 2,97 dəfə çoxdur və kreditlərin 24,687 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Ötən il kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 0,54% artaraq 89,169 mln. manat olub ki, bu da bankın kredit portfelinin 20,51%-ni təşkil edib.

 

Depozit portfeli 2,37% azalaraq 306,369 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 6,61% artaraq 169,471 mln. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 16,08% artaraq 62 mln. 237,25 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 75 mln. 100 min manat təşkil edib.

 

"Bank Technique"in gəlirləri 38,05% artaraq 60,414 mln. manat, xərcləri isə 44,55% artaraq 57,692 mln. manata təşkil edib.

 

Ötən il ərzində bankın əldə etdiyi mənfəət isə 2 mln. 722,62 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 61 filialı, 63 bankomatı, 687 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR