Bank Of Baku

"BankTechnique" körpə qızın əməliyyat xərclərini ödəyib

"BankTechnique" körpə qızın əməliyyat xərclərini ödəyib
# 30 yanvar 2015 08:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Technique” ASC körpə Təhminə Quliyevanın gözlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan əməliyyatın xərclərini öz üzərinə götürüb.

 

Bankdan “APA-Econpomics”ə verilən məlumata görə, körpənin, o cümlədən onun anasının nəqliyyat məsrəfləri də bank tərəfindən ödənilib.

 

Məlumatda bildirilir ki, Təhminə 2014-cü ilin yayında dünyaya göz açmış iki əkiz uşaqdan biridir. Müayinə zamanı həkimlər onda prematorial retinopatiya (gözün tor qışası damarlarının anormal inkişafı ilə müşayiət edilən ağır göz xəstəliyi) və hər iki gözün kataraktası diaqnozunu müəyyən ediblər. Statistikaya görə, bütün dünyada retinopatiya xəstəliyi erkən doğulmuş körpələrdə korluq və zəif görmənin əsas səbəblərindən hesab edilir. Gözlərində artıq bir neçə cərrahiyə əməliyyatı keçirilmiş Təhminənin yaxın gələcəkdə sağalaraq normal həyata davam etməsini böyük ümid və səbirsizliklə gözləyirik.

 

Qeyd edək ki, əməliyyata xərclənən pul vəsaiti bank tərəfindən Bakıda təşkil edilmiş “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından əldə olunub və əvvəlcədən elan olunduğu kimi, bütün toplanmış vəsait xeyriyyə işlərinə xərclənib. “Bank Technique” davamlı olaraq korporativ sosial məsuliyyət layihələrini həyata keçirir, o cümlədən uşaq tibbi sağlamlığına da mütəmadi dəstək göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR