Bank Of Baku

"Caspian Development Bank"ın rəhbəri dəyişib

"Caspian Development Bank"ın rəhbəri dəyişib
# 11 yanvar 2016 09:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Caspian Development Bank (CDB)" ASC-nin rəhbərliyində dəyişiklik olub.

 

Bankın Biznesin inkişafı departamentinin marketinq üzrə baş mütəxəssisi Elşən Allahverdiyevin "APA-Economics"ə verdiyi məlumata görə, Müşahidə Şurasının 11.01.2016-cı il tarixili 01 saylı qərarına əsasən, Nadir Yıldırım "Caspian Development Bank (CDB)" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

 

İdarə Heyətinin Sədri  Alışov İbrahim Əsəd oğlu isə Səhmdarların Ümumi Yığıncağının 03.12.2015-ci il tarixli 02 saylı iclasının qərarına əsasən Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki,  “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank"ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR