Bakı. Yeganə Laçınzadə – APA-Economics. "Cənub Qaz Dəhlizi" QSC nizamnamə kapitalını 3 dəfə - 300 mln. manata qədər artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyətin nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Bir qiymətli kağızın nominal dəyəri 1 mln. dollardan 3 mln. dollara qədər artacaq.
"Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalı 100 ədəd səhmə bölünüb.
Hazırda şirkətin nizamnamə kapitalı 100 mln. dollara bərabərdir.