Bank Of Baku

"Cənub Qaz Dəhlizi"nin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb

"Cənub Qaz Dəhlizi"nin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb
# 10 mart 2016 08:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Şahdəniz 2", "Cənub Qaz Boru Kəməri", Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədi ilə "Cənub Qaz Dəhlizi" şirkəti tərəfindən buraxılacaq istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. "Lazard Freres SAS" şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

 

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” şirkətinin və Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.

 

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR